Bakıda zəncirvarı yol qəzası

Qeza

Bakının Sabunçu rayonunda zəncirvarı yol qəzası baş verib.

XALQ.AZ-ın APA-ya istinadən məlumatına görə, qəza Sabunçu körpüsünün üzərində qeydə alınıb.

Nəqliyyatın intensiv olduğu vaxt yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil “VAZ 2107”-ni arxadan vurub. Zərbənin təsirindən “VAZ 2107” hərəkət halında olan sərnişin avtobusuna çırpılıb. Qəzada xəsarətə alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.

Qəzaya görə körpünün üzərində tıxac yarandığından avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.

Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.