Bakıda “ZİL” yandı

Zil

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin təkərləri və salon hissəsi yanıb.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı avtomobilin sürücüsü yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən 5 saylı Yanıq Mərkəzinə aparılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.