Bakıdan uçan təyyarəni enməyə qoymadılar

Teyyare-1

Bu gün günorta saatlarında Bakı-Yekaterinburq reysi ilə hərəkət edən “Ural Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi havada qalıb.

Xalq.az-ın məlumatına görə, Bakıdan U6-2952 reysi ilə uçuş həyata keçirən sərnişin təyyarəsi Yekaterinburq şəhərindəki hava limanı üzərində 10 dəfə dairə vurub. Yekaterinburqda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar təyyarə Çelyabinsk şəhərinə, oradan da Perm vilayətinə istiqamətləndirilib.

Sərnişin təyyarəsi hazırda Perm vilayətindədir və sərnişinlər təxliyyə edilib.