Bakıdan uçuşlar dayandırıldı

Azərbaycandakı bütün hava limanları 31 yanvar 2021-ci il tarixinə qədər müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

XALQ.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin açıqlamasında (AZAL) bildirilir.

Məlumatda həmçinin deyilir ki, karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir.​