Bakının cənub girişi hər gün bağlanır – SƏBƏB

Son günlər yol polisləri paytaxt Bakının cənub girişində – “Dəniz Mall” Ticarət Mərkəzi yanından yollar demək olar ki, hər gün bağlanır. 
17:00-19:00-dan sonra Bayıl qəsəbəsi tərəfdən şəhərə girişlər tamamilə bağlanılır və yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Bu isə ərazidə uzun tıxacların yaranmasına səbəb olur. Nəticədə nəinki minik maşınları, hətta marşrut avtobusları da uzun müddətə bu tıxaclarda qalmalı olur.

Buna səbəb nədir? 

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BBDYPİ) inspektoru, polis mayoru Fuad Sultanov “Yeni Sabah”a bildirib ki, yolun bağlanması heç bir yol-nəqliyyat hadisəsi və yaxud yolların təmiri ilə bağlı deyil.

Onun sözlərinə görə, buna səbəb sadəcə nəqliyyatın sıxlığıdır:

“Çünki həmin pik saatlarda nəqliyyatın axını çox olur. Bunun üçün də qeyd olunan vaxtlarda əlavə naryadlar ayrılır və nəzarət gücləndirilir. Çox güman ki, bu gündən sonra əlavə problem yaşanmayacaq”.