Bakının mərkəzi küçələrində səkilər zəbt olunub-Sakinlər narazılıq edir- Video

Bakının bir çox ərazilərində yaşayış binalarının altında yerləşən iaşə obyektlərinin pilləkənləri səkiləri zəbt edib.

Xüsusilə paytaxtın  Nəsimi, Nizami,Xətai, Binəqədi rayon ərazilərində bu problemə daha çox rast gəlinir.

Qeyd etmək istərdik ki,  Əhmədli,  Neftçilər,Xalqlar dostluğu,Həzi Aslanov, Azadlıq,  Qara Qarayev, Dərnəgül metrostansiyaların çıxışında səkilər tamamən zəbt olunub.

Sakinlər deyirlər ki, bəzi səkilərdə addım atmağa yer olmadığı üçün avtomobil yoluna çıxmağa məcbur qalırlar. Vətəndaşlar iddia edirlər ki, həmin ərazilərdə qəzaların tez-tez baş verməsinin səbəblərindən biri də budur.

Obyekt sahibləri isə deyilənlərlə razı deyil. Hətta sakinlərin yalan danışdığını bildirirlər.

Bəs, bu vəziyyətə görə kim məsuliyyət daşıyır?

 

Daha ətraflı Baku TV-nin süjetində: