Bakının mərkəzi yolu bağlanacaq

Azneft

Bu gün axşam saatlarında Bakıda mərkəzində yol bağlanacaq.

Xalq.az-ın məlumatına görə, bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib.

Verilən məlumatda bildirilir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbayıl rayonu Neftçilər prospekti və Azneft dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacaq.

Qeyd edək ki, dünən axşam yağan yağışla əlaqədar olaraq, rənglənmə işlərini tamamlamaq mümkün olmayıb.