Banka silahlı basqın

Basqin

Rusiyada “Zapadnıy” bankının Belqorod şöbəsinə basqın olub.

Xalq.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 3 naməlum şəxs bankda 4 nəfəri girov saxlayıb.

“Hazırda cinayətkarlarla danışıqlar aparılır. Onların 3 nəfər olduqlarını bilirik. Girovlar 4 nəfərdir. Çalışırıq ki, onlara heç bir zərər dəyməsin. Cinayətkarların kimliyi müəyyənləşdirilir. Hələlik onlar 25 milyon rubl tələb edirlər. Cinayətkarlar silahlıdır”, – deyə Rusiya hüquq-mühafizə orqanları məlumat verib.

Qeyd edək ki, “Zapadnıy” bankı 1993-cü ildə yaradılıb.