Bankir özünü göydələndən atdı

Goydelen

Honq-Konq şəhərində fevralın 18-də 33 yaşlı bank işçisi özünü 30 mərtəbəli binanın damından özünü atıb.

Xalq.az  “South China Morning Post”a istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən kişi tezliklə keçinib. Kişi özünü atmazdan öncə polis onunla danışıq aparmağa çalışıb. Soyadı Li olan kişinin “JP Morgan”da kiçik investisiya bankiri işlədiyi bildirilir.

“Chater House” adlanan binada “JP Morgan”ın Asiya-Sakit okean regionu üzrə baş ofisi yerləşir. Kişini intihara nəyin sürüklədiyi bəlli deyil.