Banqladeşin Baş naziri Azərbaycana gəlir

Banqladeşin Baş naziri Şeyx Xasina Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

XALQ.AZ xəbər verir ki, Banqladeşin Xarici işlər naziri Abdul Momen ölkənin baş nazirinin iclasda iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.