Baş nazir Milli Məclisə hesabat verəcək

Milli Məclisin 2021-ci il yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı müzakirəyə çıxarılacaq.

XALQ.AZ xəbər verir ki, bu, Milli Məclisin Daxili Nizamnaməsində də əksini tapıb.

Daxili Nizamnaməyə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hökumətin fəaliyyəti haqqında hesabat verməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı təxminən mart ayına təsadüf edir.