Baş nazir Milli Məclisdə hesabat verəcək

Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı müzakirəyə çıxarılacaq. XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Daxili Nizamnaməsində qeyd olunub. Daxili Nizamnaməyə əsasən, Nazirlər Kabineti hər il parlamentin yaz sessiyasının beşinci iclasında hökumətin fəaliyyəti haqqında hesabat verməlidir.