Baş nazir Milli Məclisdə hesabat verəcək

Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını təqdim edəcəyi vaxt məlum olub.

XALQ.AZ-a xəbər verir ki, hesabat martın 16-da təqdim olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməyə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hökumətin fəaliyyəti haqqında hesabat verməlidir.