Baş nazir müğənninin tabutunu daşıdı (FOTO)

Cenaze

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra 31 avqustda dünyasını dəyişən 46 yaşlı müğənni Murat Gögebakanın dəfn mərasiminə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan da qatılıb.

XALQ.AZ-ın məlumatına görə, müğənninin ailəsinə başsağlığı verən baş naziri bir sıra dövlət rəsmiləri müşayiət edib.

İstanbuldakı Fatih məscidindəki düzənlənən mərasimdə öncə cənazə namazı qılınıb, halallıq istənilib. Daha sonra cənazə dəfn edilmək üçün yerdən qaldırılıb. Tabut cənazə avtomobilinə aparılan zaman Ərdoğan da ona çiyin verib.

Murat Gögebakan 9 oktyabr 1968-ci ildə Adanada dünyaya gəlib. 1986-cı ildə Hacettepe Ankara Dövlət Konservatoriyasına qəbul olub. Murat Göğebakan xəyallarını gerçəkləşdirmək üçün 1995-ci ildə İstanbula gəlir və “Ben sana aşık oldum” adlı albomunu çıxarır. Bu alboma görə o, Kral Tv Musiqi mukafatlarında “İlin mahnısı”, “Ən yaxşı mahı sözü”, “Ən yaxşı rok” və “Ən yaxşı səhnə çıxışı” kateqoriyalarında namizəd göstərilir və sonda “Ən yaxşı səhnə çıxışı” mükafatında qalib olub.

Cenaze