Baş nazir QƏRAR imzaladı

Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların gömrük rüsumundan azad olunan nomenklaturası müəyyənləşib.

XALQ.AZ-ın məlumatına əsasən, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmin rayonlarda tikilən hava limanları üçün malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahı təsdiqlənib.