Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
 
XALQ.AZ xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri 

Dövlət Turizm Agentliyinin sədri.

Kollegiyanın üzvləri: 

Dövlət Turizm Agentliyinin sədrinin müavini;

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;

Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

Orxan