Baş naziri Azərbaycana rəsmi səfər gəlib

 

34

Hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bu gün Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

XALQ.AZ-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.