Baş nazirin muavini işdən azad olundu

19

 

Onu işinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdığı bildirilir

 

Suriyada baş nazirin müavini Qədri Cəmil işindən azad edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, onun işinin öhdəsindən gələ bilmədiyi üçün istefaya göndərildiyi qeyd eidlir.

Bir sıra xarici informasiya vasitələri isə onun idşən çıxarılma səbəbi kimi Suriya hakimiyyətinin xəbəri olmadan xarici tədbirlərdə iştirakını əsas gətirilib. Məlumata görə, Cəmil oktyabrın 26-da Dəməşqi tərk edərək ABŞ-ın Suriyadakı səfiri Robert Fordla görüşüb. Bunu Dövlət Departamentinin təmsilçisi Cen Psaki də təsdiq edib.

Nazir müavininin işdən çıxarılması səbəbləri kimi «iqtisadi sahədə vəzifəsini yetirə bilməməsi, iş yerində tapılmaması kimi amillər əsas gətirilir.

Qeyd eək ki, Qədri Cəmil İslahatlar və Azadlıq Uğrunda xalq Cəbhəsinin rəhbərifir. Suriyada onu rusiyayönlü siyasətçi sayırlar.