Baş nazirin Qərarı- xüsusi karantin rejimi 1 aprel 2021-ci il tarixinədək uzadıldı

Baş nazir Əli Əsədov Operativ Qərargahın “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” qərarını təsdiqləyib.

 Həmçinin xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib.