Baş prokuror vətəndaşları qəbul edəcək

51

 

Baş prokuror Zakir Qaralov zaqatalalılarla görüşəcək.

 

XALQ.AZ-a Baş prokurorluqdan verilən məlumata görə, sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Baş prokuror Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və  contact@prosecutor.gov.az  elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

  • See more at: http://axar.az/news/28625#sthash.zCkTQNLE.dpuf