Baş Prokurorluq doğranmış qadınla bağlı məlumatı

Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib.


Baş Prokurorluğun mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, hazırda araşdırmalar davam etdirilir:

“Yanvarın 27-də paytaxtın Nəsimi rayonu ərazisində doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə ictimaiyyətə ətraflı məlumat veriləcək”.