Baş prokurorluq vətəndaşlara müraciət etdi

Baş Prokurorluq vətəndaşlara müraciət edib. 

Baş Prokurorluğun mətbuat xidmətindən XALQ.AZ-a verilən xəbərə görə, qurum korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara 161 – “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.  Həmçinin İbtidai araşdırma və əməliyyat axtarış fəaliyyətini həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 – çağrı mərkəzinə məlumat vermələrini tövsiyə olunur.