Baş qərargah rəisi helikopter qəzasında öldü

Tayvan Baş qərargah rəisi Şen Yi-Minqin də içərisində olduğu helikopter qəzaya uğrayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə CNA agentliyi məlumat yayıb. Agentlik paytaxt Taybey şəhəri yaxınlığındakı dağlıq əraziyə düşən helikopterdə ümumilikdə 13 nəfərin olduğunu yazıb.

Helikopterdə olanlardan 11-nin xilas edildiyi, 2 nəfərin axtarışlarının davam etdiyi bildirilir.

CNA baş qərargah rəisinin həlak olduğunu yazıb.

XALQ.AZ