Başçının biznes startegiyasi

75

 

Lütvəli Babayev  biznes strategiyasını genişləndirir

Hər zaman müşavirələrdə öz çıxışlarında prezident İlham Əliyev  məmurlara xalqa yüksək səviyyədə  xidmət göstərilməsini vurğulayıb, Prezident hər zaman çıxışlarında  məmurlara və icra başçısılarına ciddi xəbərdarlıq edir,lakin bəzi icra başçıları öz əməllərindən əl çəkmirlər. İlham Əliyev çıxışlarında bildirir ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin.O zaman mətbuatda yayılan məlumatlardan aydın oldu ki, xəbərdarlıq alan şəxslər arasında nöqsanlar barədə Administrasiyaya ən çox şikayətlər ünvanlanan Zərdab rayon icra hakimiyyətinin  başçısı Lütvəli Babayev da adı keçir. Bu xəbərdaqlıqdan sonra bir qədər ehtiyyatlı olan Lütvəli Babayev rayondakı bütün idarə və qurumların rəhbərlərinə ehtiyyatlı olmaları üçün göstəriş verdiyi deyilirdi.Hətta nəzarətindəki bir neçə biznes strukturlarını qorumaq üçün müəyyən rəsmi dəyişiklik etmək  məcburiyyətində qalan icra başçısı sözün həqiqi mənasında narahat idi. Amma görünür, vəziyyət bir qədər düzəlib. Elə buna görədir ki, Lütvəli Babayev Zərdabda   ən yeni qaydalar tətbiq edib.Xalq.az -a daxil olan məlumata görə, Lütvəli Babayev Bakıda yeni biznes strukturları qurmağa başlayıb. Bakıda olan biznesinin bir hissəsini Zərdaba və başqa rayonlara yönəltməyə çalışan icra başçısı bunun üçün mümkün vasitələrə əl atıb.

Onun bunu hansı məqsədlə etdiyi dəqiq bilinməsə də, ehtimala görə, yaxın vaxtlarda onunla bağlı yeni qərarların olması gözlənilir.

Bu barədə dəqiq məlumatları yaxın günlərdə təqdim edəcəyik.

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq