Başı kəsilən ilan aşpazı öldürdü

Ilan

Çindəki restoranıardan birində qəribə bir hadisə baş verib.

XALQ.AZ-ın xəbərinə görə, restoranın aşpazı diri ilanın başını kəsərək bədəni ilə şorba hazırlamaq istəyib.

Məlumata görə, təxminən 20 dəqiqə sonra kəsilmiş baş qəflətən aşpazın əlini dişləyib. Zəhərələnən aşpaz isə hadisə yerindəcə ölüb.

Hadisədən xəbər tutan restoran işçiləri və müştərilər şoka düşüblər.

Hadisəyə münasibət bildirən mütəxəssislər isə başda ilan olmaqla bir çox sürünənin başı kəsildikdən sonra 1 saat yaşadığını deyib.