Başqa havaya oynayan Cəmil Həsənli

Xarici havadarlarına güvənərək danışan Milli Şuranın namizədi hər çıxışında özü özünü ələ salır

Azərbaycan gücləndikcə, iqtisadi cəhətdən möhkəmləndikcə, qüdrətləndikcə bəzi bədxahların gözünə şiş batır. Çünki güclü və qüdrətli Azərbaycan kimsədən asılı olmayan dövlətdir ki, bu da bəzi xain xislətli ölkələrin ürəyincə deyil. Ona görə də, həmin bədxah, xain qüvvələr mümkün qədər çalışırlar ki, Azərbaycanı qarışdırsınlar. Təəssüf ki, bu proseslərdə daxildə də həmin qüvvələrə xidmət edən bədxah adamlar da iştirak edirlər. Məlumdur ki, oktyabrın 9-da ölkəmizdə prezident seçkiləri keçiriləcəq. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratikləşmə prosesi bir çoxları üçün sui-istifadə mənbəyi olub. Seçkilərlə əlaqədar televiziya və radioda seçkilərə qatılmış namizədlər arasında debatların təşkili, müzakirələrin aparılması, platformaların açıqlanması heç bir maneə olmadan həyata keçirilir. Lakin bəzi namizədlər seçiciləri özlərinə tərəf çəkmək üçün təkcə populist deyil, həm də hədyan dolu çıxışları ilə diqqəti çəkirlər. Bu gün özünü müxalifət, «Milli Şura» adlandıran siyasi qüvvə də məhz bu sui-istifadəçilərdən biridir. Bu təşkilatın namizədi olan Cəmil Həsənlinin teledebatlarda bütün əxlaqi normaları, ədəb qaydalarını bir kənara qoyaraq, daha çox ucuz demoqoqiya ilə məşğul olur, şər atmaqla, böhtan deməklə məşğuldur. Özünü «tarixçi», «alim» kimi təqdim edən Cəmil Həsənlinin necə tarixçi olması verdiyi açıqlamalardan bəllidir. Bu adam uzaq keçmişdən danışmışkən, niyə yaxın 40-45 il barəsində bir kəlmə də olsun həqiqəti dilə gətirmir? Məgər, bu günkü güclü Azərbaycanın banisi Heydər Əliyev olmayıbmı? Yoxsa, qüdrətli Azərbaycanın yaradılmasında Prezident İlham Əliyevin zəhmətini, əziyyətini danmaq istəyir? Bəlkə iddia etsin ki, Heydər Əliyev ölkəni bəlalardan xilas etməyib? Axı, Cəmil Həsənlinin də təmsil olunduğu AXC hakimiyyətdə olarkən Azərbaycan az qala parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən, Əlikram Hümbətov bir qrup separatçını başına yığaraq, Talış-Muğan Respublikası yaratmışdı. Surət Hüseynov Gəncədə başına yığdığı dəstəsi ilə dövlət çevrilişi etməyə çalışırdı. Ermənilər Dağlıq Qarabağda müharibə apararaq, xain planlarını həyata keçirirdilər. Hələ «Sadval» terror təşkilatının Şimal bölgəsindən çıxardığı oyunları da bura əlavə edərsək, mənzərə tam aydın olar. Bu problemləri elə Cəmil Həsənlinin təmsil olunduğu o vaxtkı AXC hakimiyyəti yaratmışdı. Bu cür ağır bir şəraitdə Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gələrək, ölkəni bəlalardan xilas etdi. İndi Cəmil Həsənli hansı haqla bunu inkar edir? Bu gün Cəmil Həsənli və onun ətrafındakı insanların əmin-amanlıqda, rahatlıqla, asudə həyat tərzi yaşamalarının səbəbkarı məhz Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevdir. Dəqiq məsələdir ki, xaricdə bəzi bədxah və düşmən qüvvələr Azərbaycanı qarışdırmaq istəyir. Çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan artıq onların gözünə qızmar şiş kimi batır. Öz xain və çirkin planlarını həyata keçirmək istəyən bu qüvvələrə isə ölkəmizdə də bəzi düşmən dəyirmanına su tökən adamlar da yardımçı olurlar. Cəmil Həsənli də həmin adamlardan biridir. Başqalarının çaldığı havaya oynayan, onların əmirlərini və tapşırıqlarını həyata keçirən Cəmil Həsənli və onun kimi düşünənlərin tək niyyəti Azərbaycanı qarışdırmaq, onu sürətli inkişafdan saxlamaq, insanlarımızı fəlakətlərə sürükləməkdir. El arasında belələrinə çox vaxt «Əl Meymunu» da deyirlər. Çünki kənardan oynadılan, konfet kağızına ətrafındakıları əyləndirənlər ancaq bu ada layiqdirlər. İndi Cəmil Həsənli də xaricdəki havadarlarının göstərdiyi konfet kağızının parıltısına aldanıb, xalqı özünün məzəli və yalan dolu çıxışları ilə əyləndirməyə çalışır. Daha anlamır ki, xalq onun bu cür bayağı, gülməli və heç bir reallığı əks etdirməyən çıxışlarına gülürlər və onu da əl Meymunu kimi oynadırlar. Amma bu adamlar bir şeyi unutmurlar ki, Azərbaycan daha əvvəlki deyil və indi dünyanın ən aparıcı ölkələri belə bizimlə hesablaşmaq məcburiyyətindədir. Çünki Azərbaycan dövlətinin başında duran şəxsiyyətin apardığı məqsədyönlü və uzaqgörən siyasət nəticəsində artıq ölkəmizdə hansısa qüvvələrin təxribat törədə bilməsi mümkün deyil. Əslində, Cəmil Həsənli zavallı bir adamdır. Bir şəxs ki, dövlətdən pensiya almaq üçün saxta xəstəlik kağızları düzəldə, onun danışdıqlarında hansı həqiqət ola bilər? Cəmil Həsənlinin bu gün efirdən yalan, böhtan danışmasına da bu prizmadan yanaşın. Yəni, saxtakarlıqla dövləti aldadan bir adam sabah bu dövlətə başçılıq edərsə, görən, hansı dəhşətli saxtakarlığa imza atmış olar. Özünün ahıl yaşında dövlət başçısının övladlarına şərləməkdən belə çəkinmir,həmin övladlar ki,dünyaya Azərbaycanın haqq səsini çatdırırlar. Xocalı soyqırımının dünya müstəvisində haqqını tələb edirlər. Onsuzda xalqın gözü tərəzidir, kimin kim olduğunu millətimiz  yaxşı bilir.

Cox təəsüf hissi ilə qeyd edim ki, MSK-a belə insanların namizdəliyini qeydə alıb,Belə namizədlər qanunlarımızın aliliyini bilib öz şəxsi ambisiyalarını həyata keçirmək məqsədi ilə televiziya ekranlarında qəzet səhifələrində sui istifadə edirlər.Mən bir Azərbaycan vətəndaşı olaraq MSK-dan tələb edirəm ki, hərəkətləri çıxışları heç bir qanuna, və ədət ənənlərimizə sığmayan Cəmil Həsənlinin namizədliyi ləğv edilsin. Çünki bunu tək mən yox ürəyi vətən sevgisi ilə döyünən hər bir insan istəyir. Sonda onu da deyim ki, Cəmil Həsənli və onun kimi insanlar hər nə qədər boğazlarını yırtsalar da, xeyri yoxdur. Azərbaycan xalqı qədirbiləndir və ağıllıdır. Uzaqgörən xalqımız gələcəyini çoxdan Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə etibar edib. Müxalifətin hər nə danışmasına baxmayaraq  xalq oktyabrın 9-da seçki məntəqələrinə gedərək, Azərbaycanın ən layiqli namizədi, Cənab İlham Əliyevə səs verəcəklər.

 

 

İlyas Quliyev

Təqaüdçü