Baykerlərimizin yeni görüntüləri (VİDEO)

Milli Qurtuluş günü münasibətilə, “Azərbaycanı Avropada tanıdaq!” devizilə 10 000 km-lik motoyürüşə çıxaraq ötən gün Türkiyənin ən böyük şəhəri İstanbula çatan “Harley Davidson”un Bakı klubu üzvlərinin yeni görüntüləri yayılıb.

XALQ.AZ-ın Türkiyə bürosunun məlumatına görə, İstanbulda “Harley Davidson”un İstanbul numayəndəliyinə baş çəkən “Harley Davidson”un Bakı klubunun üzvləri bu səhəri elə bu şəhərdə qarşılayırlar.

Keçən 3 gün ərzində 2 380 kilometrlik məsafəni geridə qoyan baykerlərimiz səfərin 4-cü gününə başlayacaqlar. Ötən gün Samsun şəhərindən İstanbula 750 km yol qət edən moto-yürüşçülərimiz 2 dəfə güclü yağışa yaxalanıblar.

Baykerlərimiz bu gün mərhum prezident Heydər Əliyevin İstanbul şəhərindəki büstünü ziyarət etdikdən sonra Xorvatiyaya yola düşəcəklər. Onların ilk dayanacağı Bolqarıstanın paytaxtı Sofiya şəhəri olacaq.

“Harley Davidson” sahibləri Xorvatiyada keçiriləcək festivalda iştirak edəcəklər. Dünyanın əksər ölkələrinin baykerlərinin bir araya gələcəyi “Harley Davidson” festivalında ilk dəfə olaraq Azərbaycanı “Harley Davidson”un Bakı klubu təmsil edəcək. “Azərbaycanı Avropada tanıdaq!” devizi altında, iyunun 7-də Bakıdan yola düşən motoyürüş iştirakçıları Avropanın bir neçə ölkəsinin ərazisindən keçərək Xorvatiyaya çatacaqlar.

Onlar İstanbulda, Belqradda və digər Avropa şəhərlərində, Azərbaycana aid abidələri ziyarət edəcəklər. Motoyürüş “Harley Davidson Baku”nun təşkilatçılığı, ANS-in informasiya dəstəyilə həyata keçirilir.