Bayramda əfv olacaq

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Toplantıda 100-dən çox müraciətə baxılıb.Bununla da baxılan müraciətlərin sayı 400-ü ötüb.Komissiyanın növbəti iclası mayın 19-da keçiriləcək.

XALQ.AZ xəbər verir ki,bunu Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirib.

Qeyd edək ki, 28 may Respublika Günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.