Bazarın yaxınlığında baş verən yanğın söndürülüb (YENİLƏNİB)

İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

13.16

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.
Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.
Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın davam edir.