“Bazarstore” də sabah istehsal olunacaq məhsul necə satılır? -Fotolar
Fotoda gördüyünüz bu məhsul “Bizim ev lavaşı”dır adlanır. Abşeron Ramana Südçülük savxozu ərazində fəaliyyət göstərən sexdə istehsal olunub.
Üzərində vurulan etiketə görə, hələ istehsal sabah edilməlidir, amma satışa çıxarılıb.
Diqqətlə baxın, istehsal tarixi 01.03.2025-ci il göstərilib, yəni sabah istehsal olunmalı plan məhsul, artıq “Bazarstore” mağazasında satışdadır.
İstehsal tarixi sabah göstərilsədə 28.02.2025-ci il saat 16.00 radələrində satışa verilib və 96 saat saxlama müddəti var. Belə çıxır ki, 96 saat müddəti olduğu halda (120 saat) 3 gün satıla bilər bu da alıcıları aldatmaq məqsədi daşıyır.
Bu o deməkdir ki, istehsal tarixi ilə bağlı göstərici saxtadır, yararsız olması şübhə doğurmur.
Qida ekspertləri açıqlamalarında bildiriblər ki, belə müəssisələr son tarixi bir neçə gün satışı davam etdirmək üçün müştəriləri aldadır,və bu məsələ ciddi nəzarət olunmalıdır.
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, istehsalçılar bu yolla mallarını uzunömürlü etmək istəyirlər:
“Bu gün bütün ticarət şəbəkələrində rəflərə açıq şəkildə düzülmüş qida məhsullarının üzərində istehsal tarixi yazılmalı və istifadə müddəti. Əgər saxlanma müddəti ötübsə dərhal satışdan çıxarılmalıdır, Qida məhsulun istehsal tarixi öncədən yazılmış aşkar olunarsa, həmin məhsul tam yarasız hesab olunaraq satışdan götürülməli və ekspertizaya verilməlidir deyə bildirib.
AQTA-dan bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək.
İstehsalçı bu məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədi. “Bazarstore” mağazası ilə əlaqə yaratmaq mümkün olmadı.
Yazıda adların keçənlərin də fikirlərini dərc etməyə hazırıq.