BDU- də iclas keçirilib

04

Bakı Dövlət Universitetində elmi şuranın iclası keçirilmişdir

 

Bakı Dövlət Universitetində (BDU) elmi şuranın iclası keçirilmişdir.Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, iclasda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tanınmış alim və pedaqoq, ictimai xadim, akademik Fuad Qasımzadənin elmi yaradıcılığından danışmışdır.
Rektor alimin ölkəmizdə fəlsəfə elminin və təhsilinin inkişafında mühüm xidmətləri olduğunu vurğulamışdır.
Digər çıxış edənlər də akademik F.Qasımzadənin elmə və təhsilə verdiyi töhfələrdən bəhs etmişlər.
Akademik Fuad Qasımzadəyə həsr edilmiş “İnana bilmirəm” kitabının təqdimatı olmuşdur.
Elmi şurada, eyni zamanda, BDU-nun biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin hesabatları dinlənilmişdir.