BDU-i tələbələri sevindirdi

09

 

Bakı Dövlət və Dillər universitetlərində tələbələri sevindirdilər

15 sentyabr – Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3855 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 271 nəfərinin 600-700, 612 nəfərinin 500-600 arası bal topladığı və 650-dən yuxarı bal toplayanların sayının isə 73 nəfər olduğunu bildirib.
Yüksək bal toplayan tələbələrdən 4 nəfərinin Prezident İlham Əliyevin sərəncamına əsasən Prezident təqaüdünə layiq görüldüklərini deyən rektor dövlət başçısının ali məktəb tələbələri üçün prezident təqaüdünün artırılması haqqında imzaladığı fərmandan da bəhs edib. Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanıb, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutub.

Digər çıxışçılardan sonra akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himnin sədaları altında yuxarı qaldırılıb.