Belçikanın ölkəmizdəki səfiri Bert Skufs Bakı Dövlət Universitetində (BDU) olub.
XALQ.AZ xəbər verir ki, BDU-dan verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edərək ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən layihələrdən, BDU-nun dünyanın ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəllərində ön sırada yer almasından, həmçinin universitetlər arasında beynəlxalq əlaqələrin möhkəmlənməsindən bəhs edib.
Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını bildirən rektor, yubileyin yalnız Azərbaycanda deyil, UNESCO-nun dəstəyi ilə Parisdə, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, Avrasiya Universitetlər Assosiasiyası və bir sıra digər təşkilatlar tərəfindən qeyd ediləcəyini diqqətə çatdırıb. A.Məhərrəmov Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Elgün