Berluskoni xadiməlik edəcək

Berlosk

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni öz cəzasını qocalar evində davam etdirəcək. Ötən gün Milan məhkəməsi belə bir qərar qəbul edib. Qərarda Berluskoninin həftədə bir dəfə 4 saat olmaqla qocalara xidmət edəcəyi göstərilir. Qərara əsasən, Berluskoninin Lombardiya əyalətini tərk etməsinə qarşı tədbiq edilən qadağa da öz qüvvəsində qalır. Bununla belə, Berluskoni onun üçün müəyyən olunmuş vaxtlarda paytaxt Romaya gedə bilər.

İtaliyanın kassasiya məhkəməsi ötən ilin avqust ayında Berluskonini vergidən yayınmaqda ittiham edərək ona 4 il azadlıqdan məhrumetmə cəzası vermişdi. Lakin daha sonra Berluskoninin cəzası 1 il olmaqla ev həbsi ilə əvəz olundu. Bununla belə, Berluskoni may ayında keçiriləcək Avropa Parlamenti seçkilərində partiyasının mandat əldə etməsi üçün seçki təşviqatı apara biləcək.