Beyləqanda avtobus kanala aşdı, xəsarət alanlar var
Bu gün Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Xalq.az “Qafqazinfo” – ya istinadən xəbər verir ki, rayonun Şəfəq qəsəbəsi ərazisində “İSUZU” markalı avtobus sürücünün idarəetməsindən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
DİN-nin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı xəbəri saytımıza təsdiq edib.
Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.