Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları

Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresində 136 ölkədən 5300-dən artıq nümayəndə iştirak edir. Müxtəlif ölkə, qurum, kosmik şirkət və agentlik təmsilçiləri, elm xadimləri və tələbələr konqres çərçivəsində keçirilən müxtəlif formatlı tədbirlərdə kosmosun imkanları, bu sahədə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparırlar.

Eyni zamanda qonaqlar Azərbaycan mədəniyyəti və ənənələri ilə yaxından tanış olurlar. Xalqımıza xas  qonaqpərvərlik sayəsində özlərini rahat hiss edir, səmərəli və maraqlı vaxt keçirirlər.