“Beynəlxalq Bank” qazinin pulunu mənimsəyib-Fotolar

Şəkildə gördüyünüz 2-ci Qarabağ qazisi, müddətsiz ikinci qrup əlil Əsədov Binnət Təvəkkül oğlunun, müharibədə aldığı xəsarət səbəbindən hər iki ayağında çürümə gedir. Binnət iki ildir ki, yataq xəstəsidir. Müalicə üçün müraciət etsə də, müraciəti cavabsız qalıb. Ona verilən 6600 sığorta pulunun 3300 -nü “Azərbaycan Beynəlxalq Bankı” ı borcuna görə mənimsəyib.

Baxmayaraq ki, müharibə iştirakçılarının Banklara olan borclarının bağışlanması ilə bağlı prezidentin sərəncamı olmuşdur.

Hal-hazırda qazimizin “Azərbaycan Beynəlxalq Bankı”  tərəfindən tutulan sığorta puluna ciddi ehtiyacı var.

Qazi deyir ki,  heç olmasa pulu qaytarsalar mən öz hesabıma müalicəyə gedərdim. Əks halda hər iki ayağımın kəsilməsi qaçılmazdır.

Tel: 051 979 13 33 //sozcu.az//