Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablayacağı barədə bildirib.
XALQ.AZ xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Beynəlxalq ictimaiyyət Ermənsitanın işğal dövründə Füzulinin dağıtmasının miqyasını qiymətləndirməlidir”.
O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar.