Beynəlxalq Parlamentarilər Konqresinin Daimi Qərargahının təməlqoyma mərasimi keçiriləcək

İyulun 31-də Pakistanın İslamabad şəhərində Beynəlxalq Parlamentarilər Konqresinin Daimi Qərargahının təməlqoyma mərasimi keçiriləcək.

Bu barədə   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə Milli Məclisin deputatı Arzu Nağıyev iştirak edəcək.

Təməlqoyma mərasiminə Pakistanın Baş naziri, parlamentarilər və bir sıra ölkələrin parlament nümayəndələri qatılacaqlar.