“Beynəlxalq Bank”ın kart istifadəçiləri təhlükədə-Pullar silinir……
“Beynəlxalq Bank” həm vətəndaşların, həm də şirkətlərin hesabından (kartından) vəsaitlər onlar tərəfindən heç bir hərəkət edilmədikdə belə də silinir. Hətta müqaviləyə əsasən onlara SMS-lə OTP (birdəfəlik parol) gəlməli olduğu halda da OTP gəlmir (və ya gəlir, amma müştəri onu heç kəsə vermir, banka zəng vurur, lakin bank tədbir görmür), amma vəsait silinir. Sonra da ABB “chargeback” (vəsaitin qaytarılması) üçün müştəridən əlavə xidmət haqqı istəyir!”
XALQ.AZ-ın xəbərinə görə, bu barədə ekspert Əkrəm Həsənov bildirib.
“Bu biabırçılıqlar bir tərəfə (amma bu faktları mütləq işıqlandırmaq, ictimailəşdirmək lazımdır ki, əhali ehtiyatlı olsun), məni indi başqa sual maraqlandırır. İstənilən bankımıza xaricə pul köçürmək üçün gedəndə bizdən topa-topa təsdiqedici sənədlər istəyirlər: kimə köçürürsən, müqaviləni göstər və s. və i.a. Bəs necə olur ki, kartımızdan oğurlanan vəsait haqda deyirlər ki, pul xaricə köçürülüb, heç nə edə bilmərik?” – Ə.Həsənov qeyd edib.Pravda.az
Bankın mövqeyini dərc etməyə hazırıq.