Biləsuvar və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilmişdir

 

33

Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2009-2013-cü illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmına uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən ölkənin qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində intensiv işlər aparılır, təbii qaz almayan yaşayış məntəqələri mavi yanacaqla təmin olunur.
AzərTAc xəbər verir ki, oktyabrın 2-də Biləsuvar və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş mərasimlərdə “Azəriqaz” İB-nin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər.
Biləsuvar rayonunun Nəsimi kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə bildirilmişdir ki, 641 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 44,9 kilometr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 641 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün Ağstafa rayonunun Düz Qışlaq və Kolayır kəndlərinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd edilmişdir ki, ümumilikdə 147 abonenti olan kəndlərə təbii qazın bərpası məqsədi ilə birpilləli sistem əsasında 20,7 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 147 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin təbii qazla təchiz olunmasına görə minnətdarlıqlarını bildirmişlər.