Binəqədi rayonunun sakinləri etiraz aksiyası keçirir

Su-1

Rayonun “Döngə 3” küçəsinin sakinlərinin verdiyi məlumata görə, aksiyaya səbəb onlara içməli suyun verilməməsidir.

Sakinlərin sözlərinə görə, “Döngə 3” küçəsinə 2 aydan çoxdur ki, içməli su verilmir. Təxminən 100-ə yaxın etirazçı Binəqədi şossesini bağlayacaqlarını deyirlər. Onlar aidiyyatı qurumların nümayəndələrinin əraziyə gəlməsini və suyun nə səbəbə verilməməsinə aydınlıq gətirməsini tələb edirlər.

Artıq Binəqədi rayon su idarəsinin sədri Əhliman Mansurovun etirazçılarla görüşmək üçün əraziyə yollandığı bildirilir.

Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.