Binəqədi susuz qaldı

Su

Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində su təchizatında məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 7-ci mikrorayon ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar suyun verilməsində fasilələr olacaq.

17 aprel tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC abunəçilərdən yaranacaq narahatlıqla əlaqədar üzr istəyir.