Binəqədidə məktəbin həyətində meyit tapılıb

40

 

Bakının Binəqədi rayonu ərazisində orta mətəbin həyətində meyit tapılıb. Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 6-cı mikrorayonda yerləşən 30 saylı məktəbin həyətində yaşlı kişi koma halında tapılıb. Onu orta məktəb şagirdləri tapıb.

Dərhal hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağrılıb. Ona ilkin yardım göstərdikdən sonra xəstəxanaya aparıblar. Lakin kişi xəstəxanaya daxil olanda artıq dünyasını dəyişib. Verilən məlumata görə., Arif adlı bu şəxs uzun müddətdir 30 saylı xəstəxananın həyətində, ümumiyyətlə həmin ərazidə küçələrdə yatırmış. Onun bomj olduğu bildirilir.

Deyilənlərə görə, o, içki aludəçisi olub.