Bina çökdü, dağıntılar altında qalanlar var — YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində binanın çökməsində nəticəsində dağıntılar altında qalanlardan biri xilas edilib.
Bu barədə “Yeni Şafak” məlumat yayıb.
Bildirilib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Dağıntılar altında daha bir neçə nəfərin qaldığı ehtimal olunur.

17:35

Türkiyənin İstanbul şəhərində bina çöküb.
Binanın altında qalanlar var.
Məlumata görə, bina orada aparılan təmir zamanı çöküb.
Hadisənin təfərrüatları və itkilər barədə hələ ki məlumat yoxdur