Bir gündə 2 nəfər boğuldu

Deniz-1

Azərbaycanda iki nəfər faciəvi şəkildə ölüb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faciəvi hadisə avqustun 29-da baş verib.

Hadisələrdən biri Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisindəki çimərlikdə baş verib. Gürcüstan vətəndaşı Nüşabə Əliyeva dənizdə çimərkən boğulub.

Digər hadisə Cəlilabad rayonda baş verib. Belə ki, Səccad Hüseynov Lənkəran şəhəri Sütəmurdov kəndinin ərazisində suda boğulub. Onların meyitləri sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.