”Bir Uşaq – Bir Dünya” – “Gənc Vətəndaş” Salyanda

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Bir Uşaq – Bir Dünya” adlı layihə çərçivəsində Salyanda növbəti tədbir keçirib.
“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru, təlimçi Günel Səfərova xatırladıb ki, layihənin əsas məqsədi uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilidir.
Günel Səfərova tədbirdə uşaq hüquqları, valideyn məsuliyyəti, uşaq müdafiə siyasətindən danışıb. O vurgulayıb ki, Azərbaycanda qanunvericilik bazası kifayət qədər formalaşsa da  uşaq hüquqlarının icrası və uşaq müdafiə siyasətinin mexanizmlərində ciddi işlər aparılmalıdır. Günel Səfərovanın sözlərinə görə, qanunvericilikdə valideyn məsuliyyətinin artırılmasının uşaqlara qarşı ailədaxili zorakılıq faktlarının qarşısının alınmasına kömək edəcəkdir. Eyni zamanda uşaq müdafiə siyasətini gücləndirmək üçün sosial işçilərin icra hakimiyyətlərində  fəaliyyəti və əhali ilə sıx işləməsinin vacibliyini qeyd edən G.Səfərova Azərbaycanın ailə modelinin nümunə olduğunu da xatırladıb.
Təlim zamanı uşaq hüquqlari, onların müdafiəsi və uşaqların vəzifələri ilə bağlı təlim iştirakçılarının sualları cavablandırılıb.