Birinci vitse-prezidentə yeni köməkçilər təyin edildi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.

XALQ.AZ  Prezident Administrasiyasının saytına istinadən xəbər verir ki, Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.

Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, M. Əliyevanın digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

 

 

Orxan