Biz bu gün Ulu öndərin görmək istədiyi qalib Azərbaycanda yaşayırıq – Vüsal Hüseynov

Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, kiçikdən-böyüyədək hər bir vətəndaşımızın xatirəsini əziz tutduğu ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılır. Minlərlə insan dahi şəxsiyyətin xatirəsini yad etmək üçün əbədiyaşar liderin məzarını ziyarət edir. XALQ.AZ xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən zaman jurnalistlərə müsahibəsində deyib.

“Dövlətimiz gündən-günə inkişaf edir, çiçəklənir. Bu ulu öndər Heydər Əliyevin siyasətinin davamı və nəticəsidir. Biz bu gün Ümummilli Liderin görmək istədiyi qalib Azərbaycanda yaşayırıq. Ulu Öndərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə Vüsal Hüseynov bildirib.