“Biz bu prosesə hazır olmalıyıq” Deputat

“Gənclərin süni intellekt sahəsinə maraq göstərməsi önəmlidir”.

XALQ.AZ xəbər verir ki, bu barədə “GUYS Group”un təşkilatçılığı ilə keçirilən “AI Innovations” forumunda çıxışı zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə süni intellekt sahəsi üzrə geniş müzakirələr aparılır: “Belə narahatlıqlar var ki, süni intellekt inkişaf etdikcə iş yerləri ilə bağlı problemlər yarana bilər. Burada ən önəmli məsələlərdən biri gənclərimizin düzgün istiqamət seçməsi, öz üzərlərində işləməsidir”.

C.Məmmədov bildirib ki, süni intellekt sahəsində daha çox tədbirlərin keçirilməsinə ehtiyac var: “Bu istiqamətdə çox ciddi uğurlar var. Bu proses qərbdə çox sürətlə gedir. Biz bu sahəni daha sürətlə öyrənməliyik, bu prosesə hazır olmalıyıq”.